“U and R Company” MMC 2013-cü ildən bəri 70-dən çox müəssisənin 100-dən çox layihəsini avtomatlaşdıran və korporativ yeni həllər təklif edən şirkətdir.
Müəssisələrə bugünkü biznesin rəqəmsal çağırışlarına cavab verməyə, daha sürətli böyüməyə imkan verən çevik ERP həlləri.
Vergi uçotunun aparılması, Maliyyə hesabatlarının hazırlanması; Məsləhətlər, Audit və s.
İR-nın planlaşdırılması, əmrlərin hazırlanması, davamiyyət, iş qrafiki, əmək haqqının hesablanması, hökümət portalı ilə məlumat mübadiləsi.
Bütün texniki məlumatların detallarına qədər toplanılması.
Yeni saytların hazırlanması, mövcud saytların inkişaf etdirilməsi və müasir texnologiyalarla yenidən tətbiqi, sürətli portalların hazırlanması.
Biznesinizi inkişaf etdirmək və ya idarə etmək üçün funksional və istifadəsi rahat mobil tətbiqlərin hazırlanması.
Standartlaşmış və məlumat ötürmə protokollarına əsaslanan, faktiki olaraq hər növ proqram və avadanlıqla inteqrasiya etmə imkanı.
Obyektlərin (insanların, nəqliyyat vasitələrinin) müəyyən əraziyə “keçid məntəqələri” vasitəsilə giriş-çıxışının məhdudlaşdırılması və qeydiyyata alınması.
1C bazaların cloud serverə köçürülməsi.
U&R Company və Subway Azerbaijan arasında yeni əməkdaşlıq
U&R Company yeni layihə çərçivəsində Subway Azerbaijan ilə əməkdaşlığa başlayıb.
Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, U&R Company tərəfindən Subway Azerbaijan üçün “1C ERP” proqram təminatının tətbiqi həyata keçiriləcək. Layihənin əsas məqsədi şirkətin biznes proseslərinin daha effektiv idarə olunmasını təmin etmək, əməliyyatların optimallaşdırılmasına və idarəetmə şəffaflığının artırılmasına dəstək olmaqdır.
Layihə çərçivəsində “1C ERP” proqram təminatının aşağıdakı modullar üzrə tətbiqi nəzərdə tutulur:
Bununla yanaşı, tətbiq olunacaq “1C ERP” proqram təminatının Subway Azerbaijan-ın daxili restoran idarəetmə sistemi və ayrıca HR sistemləri ilə inteqrasiyası da həyata keçiriləcək.
Subway Azerbaijan beynəlxalq Subway restoranlar şəbəkəsinin Azərbaycandakı fəaliyyətini təmsil edən şirkətdir. Brend sürətli xidmət, keyfiyyətli məhsullar və müştəri yönümlü yanaşması ilə qida sektorunda tanınır.
Bu əməkdaşlıq Subway Azerbaijan-ın əməliyyat proseslərinin vahid sistem üzərindən idarə olunmasına, məlumatların daha səmərəli emalına və biznes qərarlarının daha çevik qəbul edilməsinə töhfə verəcək.
U&R Company uyğunsuzluq məktublarının qarşısını almaq üçün ağıllı yoxlama sistemini təqdim edir
Vergi bəyannamələrinin hazırlanması zamanı məlumatların düzgünlüyü və hesabatlararası uyğunluq maliyyə idarəçiliyində mühüm rol oynayır. Uyğunsuzluqların vaxtında aşkar edilməməsi isə əlavə yoxlamalara, vaxt itkisinə və düzəliş proseslərinin uzanmasına səbəb ola bilər.
yoUR Company tərəfindən təqdim olunan ağıllı yoxlama sistemi bəyannamə göndərilməzdən əvvəl müvafiq məlumatları avtomatik şəkildə üzləşdirərək mümkün uyğunsuzluqları əvvəlcədən müəyyən etməyə imkan verir.
Sistem aşağıdakı məlumatları yoxlayır:
Əgər hesablanmış məbləğlərdə uyğunsuzluq və ya əvvəlki dövrlə müqayisədə fərqlər yaranarsa, sistem bu məlumatları kontragentlər üzrə sətirbəsətir ekranda əks etdirir. Bu yanaşma istifadəçilərə səhvləri daha tez müəyyən etməyə və yoxlama prosesini daha effektiv idarə etməyə kömək edir.
Bununla yanaşı, sistemdə yer alan xüsusi “Tövsiyə” bölməsi diqqəti birbaşa yoxlanılmalı sənədlərə yönəldir və istifadəçiyə növbəti addımlar üzrə düzgün istiqamət göstərir.
Bu həll maliyyə və mühasibatlıq proseslərində şəffaflığı artırmaq, hesabatların hazırlanmasını optimallaşdırmaq və uyğunsuzluqların qarşısını almaq üçün effektiv dəstək mexanizmi təqdim edir.
yoUR Company ilə gələcəyin maliyyə idarəçiliyinə keçid edin.
URC əməkdaşı 1C:Professional sertifikatına layiq görüldü
URC şirkətinin əməkdaşı Minirə Cəfərova 1C tərəfindən təşkil olunan sertifikasiya imtahanını uğurla tamamlayaraq 1C:Professional sertifikatına layiq görülüb.
Əldə edilən bu nəticə Minirə Cəfərovanın peşəkar bilik və bacarıqlarını, eyni zamanda URC komandasında ixtisaslaşma və davamlı inkişafın prioritet olduğunu nümayiş etdirir.
Şirkət daxilində əməkdaşların bilik və bacarıqlarının artırılması, peşəkar inkişafın dəstəklənməsi və texnoloji yeniliklərin mənimsənilməsi əsas istiqamətlərdən biri kimi müəyyən edilib. Bu cür nailiyyətlər ümumi inkişaf strategiyasının mühüm göstəricisi hesab olunur.
Müxtəlif sənayə yönümlü müəssisələr öz unikal ehtiyaclarına uyğunlaşdırılmış proqram həllərini layihələndirmək və inkişaf etdirmək üçün bizə müraciət edirlər.
Xidmət göstərdiyimiz fəaliyyət sahələri
Biznes Mərkəzi
Data mərkəzi
Hotel
Kənd Təsərrüfatı
Kiber Təhlükəsizlik
Logistika
Restoran
Səhiyyə
Supermarket
Təhsil
Telekommunikasiya
Tikinti
10+
İllik Təcrübə
114
Layihə
47
ERP Modulu
23
HR Modulu