no img
Alternate Text

“URC” şirkəti “Bravo Supermarket” şəbəkəsi üçün Təchizatçı portalı sistemini tətbiq etdi.

Alternate Text

“Bravo” Supermarketlər şəbəkəsi artıq bu işdə professionallığına güvəndiyi “U&R Company” komandasını seçərək, mütəmadi olaraq yenilənən “Supplier Portal” (Təchizatçılar üzrə portal) proqram təminatından yararlanır.

Ümumiyyətlə, təchizatçılarla işləmək biznes üçün bahalı, vaxt aparan, yorucu və riskli işdir. Təchizatçı sayı çox olduqca təchizat zəncirinin idarəedilməsi üçün maliyyə departamenti heyətinin üzərinə - qeydiyyat, büdcə və mühasibat uçotunun tərtibindən tutmuş hesabat, texniki xidmət və normativ tələblərə uyğunlaşma məsələlərinə qədər böyük yük düşür. Təchizatçılarla əməkdaşlıq üçün elə bir intellektual portal qurulmalıdır ki, orada həm təchizatçılar əsas məlumatlarını saxlaya, gündəlik əməliyyatlarını icra edə bilsin, həm də birgə əməkdaşlıqdan maksimum fayda əldə edilsin.

Təklif olunan “Supplier Portal” proqram təminatı müəssisələrin fəaliyyət üsulunu daha səmərəli etməyə unikal imkanlar verir. Portal vasitəsilə hər bir təchizatçının özünəxidmət imkanı təmin edilir, yəni təchizatçılar öz məlumatlarını müstəqil şəkildə yeniləyə - öz hesab-fakturaları ilə bağlı bütün lazımi status yenilənmələrinə özləri daxil ola bilir, artıq bununla bağlı müəssisə üzərinə yük düşmür. Eyni zamanda, müəssisənin də bu məlumatları əvvəlki kimi nəzarətdə saxlama hüququ proqram təminatı vasitəsilə təmin olunur.

Bu, bütün tərəflər üçün iş yükünün minimuma endirilməsi ilə yanaşı, həm də məlumat dəqiqliyi və iş səmərəliliyi deməkdir.

Proqram təminatının texnoloji standart göstəricisi

Sistem istifadəçiləri və sistem məlumatlarının təhlükəsizliyinin təmini məqsədilə SQL Injection, Cross-site scripting, Cross-site Request Forgery və s. digər kənar müdaxilə üsullarına qarşı müvafiq tədbirlər görülür.

Proqram təminatı ilkin versiyada 400 nəfər istifadəçi üçün nəzərdə tutulur. Lakin bununla bağlı heç bir limitlənmə yoxdur. Ehtiyac olduğu təqdirdə, istifadəçi sayı artırıla bilər.

“Bravo” tərəfindən URC komandasına həvalə edilən tapşırıq üzrə görülmüş işlər:

  • Müəssisənin sifariş sənədi (Purchase order) və anbara qəbul məlumatlarının e-qaimələrlə əlaqələndirilmə prosesi avtomatlaşdırıldı.
  • Dublikat ödənişlər aradan qaldırıldı.
  • Müəssisənin informasiya, analitik və idarəetmə fəaliyyətinin səmərəliliyi optimallaşdırıldı.
  • Təchizatçılar tərəfindən e-qaimələrin kütləvi olaraq portal vasitəsi ilə avtomatik göndərilməsi təmin edildi.
  • Müəssisənin e-qaimə hesabatını formalaşdırmaq üçün mövcud fəaliyyət göstəriciləri və iş prosesi modeli avtomatlaşdırıldı.
10.05.2022

Digər xəbərlər
Alternate Text

U&R Company uyğunsuzluq məktublarının qarşısını almaq üçün ağıllı yoxlama sistemini təqdim edir

Vergi bəyannamələrinin hazırlanması zamanı məlumatların düzgünlüyü və hesabatlararası uyğunluq maliyyə idarəçiliyində mühüm rol oynayır. Uyğunsuzluqların vaxtında aşkar edilməməsi isə əlavə yoxlamalara, vaxt itkisinə və düzəliş proseslərinin uzanmasına səbəb ola bilər.

yoUR Company tərəfindən təqdim olunan ağıllı yoxlama sistemi bəyannamə göndərilməzdən əvvəl müvafiq məlumatları avtomatik şəkildə üzləşdirərək mümkün uyğunsuzluqları əvvəlcədən müəyyən etməyə imkan verir.

Sistem aşağıdakı məlumatları yoxlayır:

  • ƏDV depozit hesabına daxil olmuş məbləğlər
  • Əvvəlcədən alınmış ödənişlər
  • Göndərilmiş e-qaimələr
  • Debitor borclar üzrə məlumatlar

Əgər hesablanmış məbləğlərdə uyğunsuzluq və ya əvvəlki dövrlə müqayisədə fərqlər yaranarsa, sistem bu məlumatları kontragentlər üzrə sətirbəsətir ekranda əks etdirir. Bu yanaşma istifadəçilərə səhvləri daha tez müəyyən etməyə və yoxlama prosesini daha effektiv idarə etməyə kömək edir.

Bununla yanaşı, sistemdə yer alan xüsusi “Tövsiyə” bölməsi diqqəti birbaşa yoxlanılmalı sənədlərə yönəldir və istifadəçiyə növbəti addımlar üzrə düzgün istiqamət göstərir.

Bu həll maliyyə və mühasibatlıq proseslərində şəffaflığı artırmaq, hesabatların hazırlanmasını optimallaşdırmaq və uyğunsuzluqların qarşısını almaq üçün effektiv dəstək mexanizmi təqdim edir.

yoUR Company ilə gələcəyin maliyyə idarəçiliyinə keçid edin.

Alternate Text

U&R Company və Subway Azerbaijan arasında yeni əməkdaşlıq

U&R Company yeni layihə çərçivəsində Subway Azerbaijan ilə əməkdaşlığa başlayıb.

Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, U&R Company tərəfindən Subway Azerbaijan üçün “1C ERP” proqram təminatının tətbiqi həyata keçiriləcək. Layihənin əsas məqsədi şirkətin biznes proseslərinin daha effektiv idarə olunmasını təmin etmək, əməliyyatların optimallaşdırılmasına və idarəetmə şəffaflığının artırılmasına dəstək olmaqdır.

Layihə çərçivəsində “1C ERP” proqram təminatının aşağıdakı modullar üzrə tətbiqi nəzərdə tutulur:

  • Satınalma və anbar
  • Pul vəsaitləri
  • Əsas vəsaitlərin idarə olunması
  • Mühasibat əməliyyatlarının idarə olunması
  • Vergi
  • Satış əməliyyatlarının idarə olunması
  • Rəhbərlik
  • Büdcə

Bununla yanaşı, tətbiq olunacaq “1C ERP” proqram təminatının Subway Azerbaijan-ın daxili restoran idarəetmə sistemi və ayrıca HR sistemləri ilə inteqrasiyası da həyata keçiriləcək.

Subway Azerbaijan beynəlxalq Subway restoranlar şəbəkəsinin Azərbaycandakı fəaliyyətini təmsil edən şirkətdir. Brend sürətli xidmət, keyfiyyətli məhsullar və müştəri yönümlü yanaşması ilə qida sektorunda tanınır.

Bu əməkdaşlıq Subway Azerbaijan-ın əməliyyat proseslərinin vahid sistem üzərindən idarə olunmasına, məlumatların daha səmərəli emalına və biznes qərarlarının daha çevik qəbul edilməsinə töhfə verəcək.

Alternate Text

URC HR proseslərində süni intellekt əsaslı yeni inteqrasiyanı təqdim edir

URC insan kapitalının inkişafına yönəlmiş həllərini genişləndirməyə davam edir. Şirkət tərəfindən HR proseslərinin daha səmərəli və çevik idarə olunması məqsədilə süni intellekt əsaslı yeni funksional inteqrasiya istifadəyə verilib.

Yeni inteqrasiya sayəsində işə qəbul proseslərində vaxt aparan mərhələlər avtomatlaşdırılır. Namizədlərin CV məlumatları artıq süni intellekt vasitəsilə avtomatik şəkildə sistemə daxil edilir. Bu proses namizədin şəxsi məlumatlarını, təhsil və iş təcrübəsini, dil biliklərini və əlavə bacarıqlarını əhatə edir.

1C üzərindən həyata keçirilən URC platforma inteqrasiyası HR mütəxəssislərinə sadəcə bir neçə kliklə tam və strukturlaşdırılmış CV əldə etməyə imkan verir. “Süni intellektlə CV-ni doldur” funksiyası vasitəsilə proses minimum vaxt ərzində tamamlanır.

Qeyd olunur ki, bu yanaşma HR funksiyasını yalnız sənəd dövriyyəsi səviyyəsindən çıxararaq, şirkətin gələcək inkişafına yön verən strateji qərar mexanizminə çevirir. URC tərəfindən təqdim olunan bu həll vaxtın optimallaşdırılmasına və qərarvermə proseslərinin sürətləndirilməsinə xidmət edir.