Alternate Text

“Unico CJSC” şirkəti də əməkdaşlıqda yeni modulun tətbiqinə başladı.

Alternate Text

Şirkətlə olan işbirliyində “1C ERP” proqram təminatı üzrə “Performans qiymətləndirmə mexanizminin tətbiqi” modulu icra edilib.  "Unico CJSC" şirkətinin İnsan Resursları və İnzibati məsələlər üzrə rəhbəri Kamil  Hüseynov bu haqda bildirib ki,  proqram vasitəsilə biznes tapşırıq verilən əməkdaşları izləmək imkanı qazanıblar: “Sistem onların işlərini qiymətləndirir və biz bununla yarana bilən təlim ehtiyaclarını müəyyənləşdirə bilirik. Bundan başqa, onların karyera imkanlarını da diqqətdə saxlayırıq. Bütün bunlar isə biznesin inkişafına təkan verən amillər hesab olunur”.

"Unico CJSC" şirkəti üçün həyata keçirilmiş xidmətlər aşağıdakılardan ibarətdir:
✅️ Şirkət daxili tapşırıqların sistemləşdirilməsi;
✅️ Tapşırıqların izlənmə monitorları;
✅️ Tapşırıqların qiymətləndirilməsi;
✅️ İclasların sistemləşdirilməsi;
✅️ İş keyfiyyətinin izlənməsi.


 

17.11.2022

Digər xəbərlər
Alternate Text

“U and R Company” Rəsmi Startap Statusunu Qazandı!

“U and R Company” innovasiya və inkişaf yolunda daha bir mühüm addım ataraq rəsmi startap statusunu əldə edib.

Bu “Startap Şəhadətnaməsi” yalnız bir sənəd deyil, həm də şirkətin texnoloji yeniliklər və rəqəmsal həllər sahəsindəki uğurlarının təsdiqidir.

Yeni statusla “U and R Company” daha böyük hədəflərə doğru irəliləməyə və biznes ekosistemində innovativ həllər təqdim etməyə davam edəcək.

Alternate Text

"Şəxsi Kabinet" Onlayn Platforması "Startap Şəhadətnaməsi"nə Layiq Görüldü

Yerli bizneslər üçün innovativ həllər təqdim edən “U and R Company” tərəfindən hazırlanmış “Şəxsi Kabinet” onlayn platforması “Startap Şəhadətnaməsi”ni uğurla əldə edib.

Bu platforma şirkət əməkdaşlarının insan resursları şöbəsi ilə elektron qarşılıqlı əlaqəsini təmin edən bir xidmət olaraq, iş proseslərinin avtomatlaşdırılmasına və səmərəliliyinin artırılmasına töhfə verir. ERP proqram təminatı ilə inteqrasiya olunmuş sistem, şirkətlərin işçi heyətini strukturlaşdırılmış şəkildə idarə etməsinə və əməkdaşların lazımsız kağız sərfiyyatı olmadan öz məlumatlarına və sənədlərinə rahat çıxış əldə etməsinə imkan yaradır.

"Startap Şəhadətnaməsi”nin əldə edilməsi, platformanın innovativ həllər və rəqəmsal transformasiya sahəsində uğurlu addım atdığını təsdiqləyir.

Alternate Text

“U and R Company” 1C Seminarında Son Yeniliklərlə Tanış Oldu

📅 1-2 mart tarixlərində keçirilən 1C tərəfdaş seminarında “U and R Company” nümayəndələri iştirak edərək 1C ekosistemindəki son yeniliklərinnovativ həllərlə tanış olublar. Tədbir çərçivəsində təqdim edilən əsas yeniliklər bunlardır:

🔹 1C Platformasında Yeni Funksiyalar – Süni intellekt və optimallaşdırmalar sayəsində daha sürətli və effektiv həllər mümkün olacaq.
🔹 Bulud Texnologiyalarının İnkişafı – 1C bulud həllərinin genişlənməsi məlumat təhlükəsizliyi və uzaqdan idarəetmə imkanlarını artırır.
🔹 İnteqrasiya və Avtomatlaşdırma – Mühasibatlıq və ERP sistemləri üçün yeni API-lər və avtomatlaşdırılmış hesabat modulları təqdim olunub.
🔹 Françayzinq Şəbəkəsinin Genişləndirilməsi – Tərəfdaş şirkətlər üçün maliyyə dəstəyi və yeni əməkdaşlıq modelləri elan edilib.

“U and R Company” üçün bu seminar yeni texnoloji həlləri öyrənmək, 1C icması ilə əlaqələri gücləndirmək və müştərilərə daha innovativ xidmətlər təqdim etmək baxımından önəmli bir addım oldu.