Vaqonları müşahidə naviqatoru
“Azərbaycan Dəmir Yolları” QSC-nin yeni struktur vahidi olan “ADY Ekspress” MMC Xəzər dənizi, Qara dəniz, Avropa, İran körfəzi, Mərkəzi Asiya və Uzaq Şərq regionlarının bütün sənayə sahələri üçün geniş həcmdə dəmir yolu daşımalarını həyata keçirir. 2021-ci ilin əvvəlindən bu günə qədər şirkət Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə ümumilikdə 1767 vaqonda 108 534 ton yük nəql edib ki, bu göstərici həmin yol istifadəyə veriləndən bəri ən yüksəkdir.
“ADY Ekspress” MMC-nin böyük həcmli iş yükünü sistemləşdirmək məqsədilə “U and R company” bu dəfə də özünün yeni layihəsini ərsəyə gətirmişdir. “ADY Ekspress” üçün hazırlanmış proqram təminatı nəticəsində şirkət Azərbaycan və MDB ölkələri ərazisində dəmir yolu ilə yük daşımaları üzrə vaqon təminatını həyata keçirmə, iş prosesini tənzimləmə imkanı əldə etdi. Vaqonları müşahidə naviqatoru funksiyasını icra edən proqram təminatından istifadə etməklə müxtəlif növ (çən, izotermik, qapalı, platforma və b.) vaqonların marşrut sxemini izləmək, vaqonların sayını, onlardan neçəsinin yüklü və ya boş olduğunu, çıxış nöqtəsi, çıxış tarixi və vaxtlarını, yük növünü, yükün həcmini, keçdikləri əraziləri, daxil olduqları stansiyaları müəyyən etmək mümkündür.
Proqram təminatına naviqator-xəritə də əlavə olunmuşdur. Lazımi vaqonun üzərinə klikləməklə xəritə üzərindən həmin vaqonun hansı ölkə ərazisindəki hansı stansiyada (tarix/vaxt/yük həcmi göstərilməklə) olduğu görüntülənir. Bundan əlavə, proqram təminatı vaqonların texniki göstəriciləri – yürüş məsafəsi, həmin göstərici üzrə qalıqlar, vaqonların saz və ya nasaz vəziyyəti, təmirə ehtiyac xəbərdarlığı barədə mütəmadi olaraq yenilənən məlumatları da özündə cəmləyir.
Proqram təminatının müxtəlif platformalar üzərindən istifadəsi mümkündür.
“U&R Company” və “Group Motors” arasında “1C:ERP” layihəsinə start verildi
Biznes proseslərinin rəqəmsallaşdırılması və miqyaslanması istiqamətində daha bir mühüm tərəfdaşlığa imza atıldı.
“U&R Company” ölkənin aparıcı şirkətlərindən biri olan “Group Motors” ilə yeni layihə çərçivəsində əməkdaşlığa başladığını elan edir. Layihənin əsas məqsədi şirkətin bütün biznes və əməliyyat proseslərini vahid, müasir platformada birləşdirəcək “1C:ERP” proqram təminatının tətbiqidir.
Layihə çərçivəsində aşağıdakı modulların tətbiqi nəzərdə tutulur:
Satınalma və anbar uçotu
Pul vəsaitlərinin idarə edilməsi
Əsas vəsaitlərin idarə olunması
Mühasibat əməliyyatlarının idarə olunması
Vergi uçotu
Satış əməliyyatlarının idarə olunması
İR idarə olunması və əməkhaqqının hesablanması
Rəhbərlik paneli və idarəetmə hesabatlılığı
Büdcə planlaması və nəzarət
Sistemin tam tətbiqi “Group Motors” şirkətinin əməliyyat səmərəliliyinin artırılmasına, resurslara mərkəzləşdirilmiş nəzarətin təmin olunmasına və strateji qərarların operativ qəbul edilməsinə birbaşa dəstək göstərəcəkdir.
“U&R Company” komandası olaraq göstərdikləri etimada görə “Group Motors” rəhbərliyinə təşəkkür edir, layihənin hər iki tərəf üçün məhsuldar və uğurlu olmasını arzulayırıq.
U&R Company uyğunsuzluq məktublarının qarşısını almaq üçün ağıllı yoxlama sistemini təqdim edir
Vergi bəyannamələrinin hazırlanması zamanı məlumatların düzgünlüyü və hesabatlararası uyğunluq maliyyə idarəçiliyində mühüm rol oynayır. Uyğunsuzluqların vaxtında aşkar edilməməsi isə əlavə yoxlamalara, vaxt itkisinə və düzəliş proseslərinin uzanmasına səbəb ola bilər.
yoUR Company tərəfindən təqdim olunan ağıllı yoxlama sistemi bəyannamə göndərilməzdən əvvəl müvafiq məlumatları avtomatik şəkildə üzləşdirərək mümkün uyğunsuzluqları əvvəlcədən müəyyən etməyə imkan verir.
Sistem aşağıdakı məlumatları yoxlayır:
Əgər hesablanmış məbləğlərdə uyğunsuzluq və ya əvvəlki dövrlə müqayisədə fərqlər yaranarsa, sistem bu məlumatları kontragentlər üzrə sətirbəsətir ekranda əks etdirir. Bu yanaşma istifadəçilərə səhvləri daha tez müəyyən etməyə və yoxlama prosesini daha effektiv idarə etməyə kömək edir.
Bununla yanaşı, sistemdə yer alan xüsusi “Tövsiyə” bölməsi diqqəti birbaşa yoxlanılmalı sənədlərə yönəldir və istifadəçiyə növbəti addımlar üzrə düzgün istiqamət göstərir.
Bu həll maliyyə və mühasibatlıq proseslərində şəffaflığı artırmaq, hesabatların hazırlanmasını optimallaşdırmaq və uyğunsuzluqların qarşısını almaq üçün effektiv dəstək mexanizmi təqdim edir.
yoUR Company ilə gələcəyin maliyyə idarəçiliyinə keçid edin.
U&R Company və Subway Azerbaijan arasında yeni əməkdaşlıq
U&R Company yeni layihə çərçivəsində Subway Azerbaijan ilə əməkdaşlığa başlayıb.
Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, U&R Company tərəfindən Subway Azerbaijan üçün “1C ERP” proqram təminatının tətbiqi həyata keçiriləcək. Layihənin əsas məqsədi şirkətin biznes proseslərinin daha effektiv idarə olunmasını təmin etmək, əməliyyatların optimallaşdırılmasına və idarəetmə şəffaflığının artırılmasına dəstək olmaqdır.
Layihə çərçivəsində “1C ERP” proqram təminatının aşağıdakı modullar üzrə tətbiqi nəzərdə tutulur:
Bununla yanaşı, tətbiq olunacaq “1C ERP” proqram təminatının Subway Azerbaijan-ın daxili restoran idarəetmə sistemi və ayrıca HR sistemləri ilə inteqrasiyası da həyata keçiriləcək.
Subway Azerbaijan beynəlxalq Subway restoranlar şəbəkəsinin Azərbaycandakı fəaliyyətini təmsil edən şirkətdir. Brend sürətli xidmət, keyfiyyətli məhsullar və müştəri yönümlü yanaşması ilə qida sektorunda tanınır.
Bu əməkdaşlıq Subway Azerbaijan-ın əməliyyat proseslərinin vahid sistem üzərindən idarə olunmasına, məlumatların daha səmərəli emalına və biznes qərarlarının daha çevik qəbul edilməsinə töhfə verəcək.