"U&R Company" olaraq, fəaliyyət göstərdiyimiz sahədə 10 ildən çox təcrübəyə sahib olduğumuz üçün müştərilərimizin fikirlərini və istəklərini daim analiz edirik. Bu isə öz növbəsində bizi yeni istiqamətlərə apararaq onlara uyğun fərqli xidmətlər təklif etmək üçün daim çalışmağımıza imkan yaradır. Belə ki, şirkət daxili prosedurların asanlaşdırılması və əməkdaşların öz məlumatlarına daha asan çatmasına yardımçı olacaq "Şəxsi kabinet" layihəsini "PASHA Technology" şirkəti üçün uğurla tətbiq etdik.
Bu layihə, İT xidmətləri, "Cloud Computing", kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə edilməsi xidmətlərini təmin edən bir müəssisənin fəaliyyətinin idarə edilməsini daha da effektiv edir. Belə ki, hal-hazırda şirkət, istifadəçi yönümlü və asan idarə olunan funksionallıqlardan tam istifadə edərək vaxta qənaət edir və əlavə sənədləşmə prosedurlarından azad olur.
Layihənin tətbiqi zamanı bizə köməklik göstərən "PASHA Technology" şirkətinin əməkdaşlarına, xüsusilə də İnsan Kapitalının İdarə edilməsi və Daxili Kommunikasiyalar Departamentinin rəhbəri Aynur Həziyevaya xüsusi təşəkkürlərimizi bildirir və belə bir komanda ilə işləməkdən məmnun olduğumuzu ifadə edirik.
Əlavə olaraq qeyd etmək istərdik ki, artıq layihədə yeni modulların və funksionallıqların tətbiqi üçün işlərə başlanılmışdır. Növbəti paylaşımlarda bu işlər haqqında ətraflı məlumatlar təqdim ediləcəkdir.
#URC #URCompany #UandRCompany #PersonalCabinet #Cabinet #URCAZ #PASHA #Technology #PASHATechnology #Innovation #Cloud #Data #IT #InformationTechnologies #İnformasiyaTexnologiyaları #CloudComputing #Cyber #ŞəxsiKabinet
URC HR proseslərində süni intellekt əsaslı yeni inteqrasiyanı təqdim edir
URC insan kapitalının inkişafına yönəlmiş həllərini genişləndirməyə davam edir. Şirkət tərəfindən HR proseslərinin daha səmərəli və çevik idarə olunması məqsədilə süni intellekt əsaslı yeni funksional inteqrasiya istifadəyə verilib.
Yeni inteqrasiya sayəsində işə qəbul proseslərində vaxt aparan mərhələlər avtomatlaşdırılır. Namizədlərin CV məlumatları artıq süni intellekt vasitəsilə avtomatik şəkildə sistemə daxil edilir. Bu proses namizədin şəxsi məlumatlarını, təhsil və iş təcrübəsini, dil biliklərini və əlavə bacarıqlarını əhatə edir.
1C üzərindən həyata keçirilən URC platforma inteqrasiyası HR mütəxəssislərinə sadəcə bir neçə kliklə tam və strukturlaşdırılmış CV əldə etməyə imkan verir. “Süni intellektlə CV-ni doldur” funksiyası vasitəsilə proses minimum vaxt ərzində tamamlanır.
Qeyd olunur ki, bu yanaşma HR funksiyasını yalnız sənəd dövriyyəsi səviyyəsindən çıxararaq, şirkətin gələcək inkişafına yön verən strateji qərar mexanizminə çevirir. URC tərəfindən təqdim olunan bu həll vaxtın optimallaşdırılmasına və qərarvermə proseslərinin sürətləndirilməsinə xidmət edir.
URC əməkdaşının peşəkar inkişafı davam edir
URC şirkətində əməkdaşların bilik və bacarıqlarının inkişafına yönəldilən investisiyalar uzunmüddətli inkişaf strategiyasının əsas tərkib hissəsi kimi qiymətləndirilir.
Bu çərçivədə şirkətin əməkdaşı Murad Məlikov 1C 8.3 platformasında “Anbar və sifarişlər” modulu üzrə təlim proqramını uğurla tamamlayaraq nailiyyət sertifikatı ilə təltif olunub. Təlim müddətində Murad anbar əməliyyatlarının idarə edilməsi, sifariş proseslərinin təşkili, logistika axınlarının optimallaşdırılması və proseslərin rəqəmsal izlənməsi üzrə praktiki biliklər əldə edib.
Qazanılan yeni kompetensiyaların URC-də daxili idarəetmə proseslərinin və əməliyyat səmərəliliyinin daha da gücləndirilməsinə töhfə verəcəyi bildirilir.
Murad Məlikovun peşəkar inkişaf yolunda göstərdiyi iradə, məsuliyyət və ardıcıllıq yüksək qiymətləndirilir, gələcək fəaliyyətində ona uğurlar arzu olunur.
URC əməkdaşları 1C 8.3 üzrə təlim proqramını uğurla tamamlayıb
URC şirkətində əməkdaşların davamlı inkişafı və peşəkar bacarıqlarının gücləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu çərçivədə şirkətin əməkdaşları Vüsal Həşimov və Murad Məlikov 1C 8.3 platformasında “Əsas vəsait” modulu üzrə təlim proqramını uğurla tamamlayaraq nailiyyət sertifikatı ilə təltif olunublar.
Təlim müddətində əldə olunan biliklərin URC-nin maliyyə, mühasibatlıq və aktivlərin idarə edilməsi proseslərində daha effektiv və sistemli yanaşmanın formalaşmasına töhfə verəcəyi bildirilir.
Əməkdaşların peşəkar inkişaf yolunda göstərdikləri məsuliyyət və əzmkarlıq yüksək qiymətləndirilir. Şirkət tərəfindən onların gələcək fəaliyyətlərində yeni nailiyyətlər əldə edəcəklərinə inam ifadə olunur.
URC-də komandanın bilik, bacarıq və kompetensiyalarının artırılmasına davamlı şəkildə sərmayə qoyulması inkişaf strategiyasının mühüm tərkib hissəsi hesab olunur.