“U&R Company”-nin tətbiq etdiyi "1C ERP" proqram təminatında ölkənin qabaqcıl banklarından biri olan ABB ilə artıq onlayn inteqrasiya imkanı yaradılması məqsədilə əməkdaşlıq müqaviləsi imzalanmışdır.
"1C" proqramı ilə inteqrasiyanın yaratdığı üstünlüklər aşağıdakılardır:
✅ Aşağıda qeyd olunan bütün əməliyyatların ERP proqram təminatından çıxmadan, proqram daxilində icra olunması
✅ Real zamanda bank qalıqları haqqında məlumatlarınn əldə edilməsi
✅ Bank çıxarışlarının birbaşa ERP proqram təminatında əks olunması
✅ Ödənişlərin təhlükəsiz və rahat üsulla onlayn bankingə proqram təminatı üzərindən göndərilməsi
✅ Əmək haqqı ödənişlərinin inteqrasiyası
Qeyd etmək istərdik ki, hal-hazırda bu inteqrasiya "Paşa Bank", "Kapital Bank" müştəriləri üçün aktivdir. Sözügedən əməkdaşlıq müqaviləsinə əsasən görüləcək işlərdən sonra ABB müştəriləri üçün də aktiv olacaqdır. Əlavə olaraq gələcəkdə digər bankların da ERP proqram təminatı ilə inteqrasiya edilməsi planlaşdırılır.
Yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
yoUR Company
📍 Təbriz küçəsi 39K, Bakı, Azərbaycan
📞 +994 12 310 02 69
hashtag#URC hashtag#URCompany hashtag#UandRCompany hashtag#1C hashtag#ERP hashtag#1CERP hashtag#ERPSolutions hashtag#Solutions hashtag#Finance hashtag#Maliyye hashtag#FinancialSolutions hashtag#Bank hashtag#ABB hashtag#IBAR hashtag#InternationalBank
“U and R Company” Rəsmi Startap Statusunu Qazandı!
“U and R Company” innovasiya və inkişaf yolunda daha bir mühüm addım ataraq rəsmi startap statusunu əldə edib.
Bu “Startap Şəhadətnaməsi” yalnız bir sənəd deyil, həm də şirkətin texnoloji yeniliklər və rəqəmsal həllər sahəsindəki uğurlarının təsdiqidir.
Yeni statusla “U and R Company” daha böyük hədəflərə doğru irəliləməyə və biznes ekosistemində innovativ həllər təqdim etməyə davam edəcək.
"Şəxsi Kabinet" Onlayn Platforması "Startap Şəhadətnaməsi"nə Layiq Görüldü
Yerli bizneslər üçün innovativ həllər təqdim edən “U and R Company” tərəfindən hazırlanmış “Şəxsi Kabinet” onlayn platforması “Startap Şəhadətnaməsi”ni uğurla əldə edib.
Bu platforma şirkət əməkdaşlarının insan resursları şöbəsi ilə elektron qarşılıqlı əlaqəsini təmin edən bir xidmət olaraq, iş proseslərinin avtomatlaşdırılmasına və səmərəliliyinin artırılmasına töhfə verir. ERP proqram təminatı ilə inteqrasiya olunmuş sistem, şirkətlərin işçi heyətini strukturlaşdırılmış şəkildə idarə etməsinə və əməkdaşların lazımsız kağız sərfiyyatı olmadan öz məlumatlarına və sənədlərinə rahat çıxış əldə etməsinə imkan yaradır.
"Startap Şəhadətnaməsi”nin əldə edilməsi, platformanın innovativ həllər və rəqəmsal transformasiya sahəsində uğurlu addım atdığını təsdiqləyir.
“U and R Company” 1C Seminarında Son Yeniliklərlə Tanış Oldu
📅 1-2 mart tarixlərində keçirilən 1C tərəfdaş seminarında “U and R Company” nümayəndələri iştirak edərək 1C ekosistemindəki son yeniliklər və innovativ həllərlə tanış olublar. Tədbir çərçivəsində təqdim edilən əsas yeniliklər bunlardır:
🔹 1C Platformasında Yeni Funksiyalar – Süni intellekt və optimallaşdırmalar sayəsində daha sürətli və effektiv həllər mümkün olacaq.
🔹 Bulud Texnologiyalarının İnkişafı – 1C bulud həllərinin genişlənməsi məlumat təhlükəsizliyi və uzaqdan idarəetmə imkanlarını artırır.
🔹 İnteqrasiya və Avtomatlaşdırma – Mühasibatlıq və ERP sistemləri üçün yeni API-lər və avtomatlaşdırılmış hesabat modulları təqdim olunub.
🔹 Françayzinq Şəbəkəsinin Genişləndirilməsi – Tərəfdaş şirkətlər üçün maliyyə dəstəyi və yeni əməkdaşlıq modelləri elan edilib.
“U and R Company” üçün bu seminar yeni texnoloji həlləri öyrənmək, 1C icması ilə əlaqələri gücləndirmək və müştərilərə daha innovativ xidmətlər təqdim etmək baxımından önəmli bir addım oldu.