Alternate Text

"U and R Company" və "Gesco" Şirkətləri Arasında Yeni Əməkdaşlıq!

Alternate Text

U&R CompanyGesco şirkəti arasında əməkdaşlıq çərçivəsində 1C ERP sistemi və Şəxsi Kabinet veb portalının tətbiqinə start verilib. Bu yenilik iş proseslərinin daha çevik və effektiv idarə olunmasına imkan yaradacaq.

1C ERP sisteminin əsas modulları:
Satınalma və anbar
Pul vəsaitlərinin idarə edilməsi
Əsas vəsaitlərin idarə olunması
Mühasibatlıq və vergi uçotu
İnsan resursları və əməkhaqqının hesablanması
Satış əməliyyatlarının idarə olunması
Rəhbərlik və büdcə planlaması
1C və Şəxsi Kabinet veb tətbiqi ilə inteqrasiya

Bundan əlavə, istifadəçilərin rahatlığını artırmaq üçün xüsusi funksionallıqlarla təmin olunmuş Şəxsi Kabinet layihəsinin tətbiqinə də başlanılıb.

Bu həllər şirkətlərin idarəetməsini optimallaşdırır, maliyyə və resursların daha səmərəli idarə edilməsinə şərait yaradır.

17.02.2025

Digər xəbərlər
Alternate Text

“U and R Company” Rəsmi Startap Statusunu Qazandı!

“U and R Company” innovasiya və inkişaf yolunda daha bir mühüm addım ataraq rəsmi startap statusunu əldə edib.

Bu “Startap Şəhadətnaməsi” yalnız bir sənəd deyil, həm də şirkətin texnoloji yeniliklər və rəqəmsal həllər sahəsindəki uğurlarının təsdiqidir.

Yeni statusla “U and R Company” daha böyük hədəflərə doğru irəliləməyə və biznes ekosistemində innovativ həllər təqdim etməyə davam edəcək.

Alternate Text

"Şəxsi Kabinet" Onlayn Platforması "Startap Şəhadətnaməsi"nə Layiq Görüldü

Yerli bizneslər üçün innovativ həllər təqdim edən “U and R Company” tərəfindən hazırlanmış “Şəxsi Kabinet” onlayn platforması “Startap Şəhadətnaməsi”ni uğurla əldə edib.

Bu platforma şirkət əməkdaşlarının insan resursları şöbəsi ilə elektron qarşılıqlı əlaqəsini təmin edən bir xidmət olaraq, iş proseslərinin avtomatlaşdırılmasına və səmərəliliyinin artırılmasına töhfə verir. ERP proqram təminatı ilə inteqrasiya olunmuş sistem, şirkətlərin işçi heyətini strukturlaşdırılmış şəkildə idarə etməsinə və əməkdaşların lazımsız kağız sərfiyyatı olmadan öz məlumatlarına və sənədlərinə rahat çıxış əldə etməsinə imkan yaradır.

"Startap Şəhadətnaməsi”nin əldə edilməsi, platformanın innovativ həllər və rəqəmsal transformasiya sahəsində uğurlu addım atdığını təsdiqləyir.

Alternate Text

“U and R Company” 1C Seminarında Son Yeniliklərlə Tanış Oldu

📅 1-2 mart tarixlərində keçirilən 1C tərəfdaş seminarında “U and R Company” nümayəndələri iştirak edərək 1C ekosistemindəki son yeniliklərinnovativ həllərlə tanış olublar. Tədbir çərçivəsində təqdim edilən əsas yeniliklər bunlardır:

🔹 1C Platformasında Yeni Funksiyalar – Süni intellekt və optimallaşdırmalar sayəsində daha sürətli və effektiv həllər mümkün olacaq.
🔹 Bulud Texnologiyalarının İnkişafı – 1C bulud həllərinin genişlənməsi məlumat təhlükəsizliyi və uzaqdan idarəetmə imkanlarını artırır.
🔹 İnteqrasiya və Avtomatlaşdırma – Mühasibatlıq və ERP sistemləri üçün yeni API-lər və avtomatlaşdırılmış hesabat modulları təqdim olunub.
🔹 Françayzinq Şəbəkəsinin Genişləndirilməsi – Tərəfdaş şirkətlər üçün maliyyə dəstəyi və yeni əməkdaşlıq modelləri elan edilib.

“U and R Company” üçün bu seminar yeni texnoloji həlləri öyrənmək, 1C icması ilə əlaqələri gücləndirmək və müştərilərə daha innovativ xidmətlər təqdim etmək baxımından önəmli bir addım oldu.