no img
Alternate Text

"Şəxsi Kabinet" Onlayn Platforması "Startap Şəhadətnaməsi"nə Layiq Görüldü

Alternate Text

Yerli bizneslər üçün innovativ həllər təqdim edən “U and R Company” tərəfindən hazırlanmış “Şəxsi Kabinet” onlayn platforması “Startap Şəhadətnaməsi”ni uğurla əldə edib.

Bu platforma şirkət əməkdaşlarının insan resursları şöbəsi ilə elektron qarşılıqlı əlaqəsini təmin edən bir xidmət olaraq, iş proseslərinin avtomatlaşdırılmasına və səmərəliliyinin artırılmasına töhfə verir. ERP proqram təminatı ilə inteqrasiya olunmuş sistem, şirkətlərin işçi heyətini strukturlaşdırılmış şəkildə idarə etməsinə və əməkdaşların lazımsız kağız sərfiyyatı olmadan öz məlumatlarına və sənədlərinə rahat çıxış əldə etməsinə imkan yaradır.

"Startap Şəhadətnaməsi”nin əldə edilməsi, platformanın innovativ həllər və rəqəmsal transformasiya sahəsində uğurlu addım atdığını təsdiqləyir.

14.03.2025

Digər xəbərlər
Alternate Text

URC HR proseslərində süni intellekt əsaslı yeni inteqrasiyanı təqdim edir

URC insan kapitalının inkişafına yönəlmiş həllərini genişləndirməyə davam edir. Şirkət tərəfindən HR proseslərinin daha səmərəli və çevik idarə olunması məqsədilə süni intellekt əsaslı yeni funksional inteqrasiya istifadəyə verilib.

Yeni inteqrasiya sayəsində işə qəbul proseslərində vaxt aparan mərhələlər avtomatlaşdırılır. Namizədlərin CV məlumatları artıq süni intellekt vasitəsilə avtomatik şəkildə sistemə daxil edilir. Bu proses namizədin şəxsi məlumatlarını, təhsil və iş təcrübəsini, dil biliklərini və əlavə bacarıqlarını əhatə edir.

1C üzərindən həyata keçirilən URC platforma inteqrasiyası HR mütəxəssislərinə sadəcə bir neçə kliklə tam və strukturlaşdırılmış CV əldə etməyə imkan verir. “Süni intellektlə CV-ni doldur” funksiyası vasitəsilə proses minimum vaxt ərzində tamamlanır.

Qeyd olunur ki, bu yanaşma HR funksiyasını yalnız sənəd dövriyyəsi səviyyəsindən çıxararaq, şirkətin gələcək inkişafına yön verən strateji qərar mexanizminə çevirir. URC tərəfindən təqdim olunan bu həll vaxtın optimallaşdırılmasına və qərarvermə proseslərinin sürətləndirilməsinə xidmət edir.

Alternate Text

URC əməkdaşının peşəkar inkişafı davam edir

URC şirkətində əməkdaşların bilik və bacarıqlarının inkişafına yönəldilən investisiyalar uzunmüddətli inkişaf strategiyasının əsas tərkib hissəsi kimi qiymətləndirilir.

Bu çərçivədə şirkətin əməkdaşı Murad Məlikov 1C 8.3 platformasında “Anbar və sifarişlər” modulu üzrə təlim proqramını uğurla tamamlayaraq nailiyyət sertifikatı ilə təltif olunub. Təlim müddətində Murad anbar əməliyyatlarının idarə edilməsi, sifariş proseslərinin təşkili, logistika axınlarının optimallaşdırılması və proseslərin rəqəmsal izlənməsi üzrə praktiki biliklər əldə edib.

Qazanılan yeni kompetensiyaların URC-də daxili idarəetmə proseslərinin və əməliyyat səmərəliliyinin daha da gücləndirilməsinə töhfə verəcəyi bildirilir.

Murad Məlikovun peşəkar inkişaf yolunda göstərdiyi iradə, məsuliyyət və ardıcıllıq yüksək qiymətləndirilir, gələcək fəaliyyətində ona uğurlar arzu olunur.

Alternate Text

URC əməkdaşları 1C 8.3 üzrə təlim proqramını uğurla tamamlayıb

URC şirkətində əməkdaşların davamlı inkişafı və peşəkar bacarıqlarının gücləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu çərçivədə şirkətin əməkdaşları Vüsal Həşimov və Murad Məlikov 1C 8.3 platformasında “Əsas vəsait” modulu üzrə təlim proqramını uğurla tamamlayaraq nailiyyət sertifikatı ilə təltif olunublar.

Təlim müddətində əldə olunan biliklərin URC-nin maliyyə, mühasibatlıq və aktivlərin idarə edilməsi proseslərində daha effektiv və sistemli yanaşmanın formalaşmasına töhfə verəcəyi bildirilir.

Əməkdaşların peşəkar inkişaf yolunda göstərdikləri məsuliyyət və əzmkarlıq yüksək qiymətləndirilir. Şirkət tərəfindən onların gələcək fəaliyyətlərində yeni nailiyyətlər əldə edəcəklərinə inam ifadə olunur.

URC-də komandanın bilik, bacarıq və kompetensiyalarının artırılmasına davamlı şəkildə sərmayə qoyulması inkişaf strategiyasının mühüm tərkib hissəsi hesab olunur.